Putin Türkiyə qadağalarını ləğv etdi

İki ölkə arasında turizm, ticari-iqtisadi və digər sahələrdə əlaqələr bərpa edilir.
Türkiyədə çimərlik
Türkiyədə çimərlik

Rusiya prezidenti Vladimir Putin ölkəsinin sakinlərinin Türkiyəyə turist səfərləri ilə bağlı qadağasını ləğv edir. ANS PRESS-in məlumatına görə, bu gün Rusiya və Türkiyə prezidentləri arasında 7 aydan sonra baş tutan telefon danışığından sonra V.Putin rusiyalı turistlərin gedişinə qoyulmuş inzibati məhdudiyyətin aradan qaldırılması barədə göstəriş verib. 

Məlumata görə, Rusiya lideri hökumətə türk tərəfi ticari-iqtisadi və digər sahələrlə qarşılıqlı əlaqələrin bərpası istiqamətində danışıqlara başlamağı da tapşırıb.

Bu gün prezidentlər arasında baş tutan telefon danışığından sonra V.Putin hökumətin iclasını keçirib. 

Onun sözlərinə görə, Türkiyə öz ərazisində rusların təhlükəziliyini tmin etmək üçün əlindən gələn hər şeyi edəcəyinə söz verib. Kremlin yaydığı məlumatda bildirilir ki, Türkiyə tərəfi də Rusiya vətəndaşlarının təhlükəsizliyinin təminatı üçün əlavə addımlar atmalıdır. 

Türkiyə-Rusiya arasında münasibətlər ötən ilin noyabr ayında Suriya ilə sərhəddə "Su-24" qırıcısının vurulmasından sonra pisləşmişdi. Türkiyənin hava məkanını pozduğu üçün vurduğunu dediyi təyyarə insidentindən sonra Rusiya bir sıra iqtisadi sanksiyalar tədbiq edib. Putin bunu "arxadan vurulan zərbə" adlandırıb. 

Rusiya vətəndaşlarına Türkiyəyə getməmək barədə çağırış edilib, eləcə də birtərəfli qaydada viza rejimini bərpa etmişdi. 

Vladimir Putin
Vladimir Putin

Bir neçə gün öncə Ərdoğan rusiyalı həmkarına məktub göndərib və noyabrda baş verən hadisəyə görə üzrxahlıq edib. Bundan sonra iki ölkə arasında soyuyan münasibətlərdə irəli doğru daha bir addım atılıb. Bu gün Putin və Ərdoğan arasında telefon danışığı baş tutub. Prezidentlər qısa zamanda üz-üzə görüş barədə razılığıa gəliblər. 

 

Şərhlər