ABŞ-ın Rusiya və Çinə qarşı yeni silahı

Amerika Hərbi Dəniz Qüvvələri ER proqramının reallaşmasına yarım milyard dollar xərcləyiblər.
Elektromaqnitik relsli silah
Elektromaqnitik relsli silah

Baltikyanı ölkələri Rusiyanın təhdidindən qorumaq üçün ABŞ yeni elektromaqnit silahından istifadə edə bilər. ANS PRESS-in "The Wall Street Journal" (WSJ) nəşrinə istinadən verdiyi məlumata görə, güclü elektromaqnit relsli silah ER (Electromagnetic Railgun) enerjidən istifadə edərək cərəyan keçirici mərmini iki metal istiqamətləndirici arasında sürətlə hərəkət etməsini təmin edir.

"Hərbçilər hesab edirlər ki, relsotron ABŞ-ın Baltikyanı ölkələri Rusiya aqressiyasından müdafiə edəcəyi və Cənubi Çin dənizində Çinə qarşı müttəfiqlərinə dəstək verəcəyi təqdirdə faydalı ola bilər" - WSJ yazır.

"Rusiyanın ağır çəkili döyüş sursatlarını hazırlaması və uzaq məsafələrə ata bilməsi faktını istisna etmək olmaz. Biz bu cür atışlara qarşılıq verməyi öyrənməliyik. Relsotron isə bizim üçün potensial vasitə ola bilər" - yazaraq qəzet ABŞ müdafiə nazirinin birinci müavini Robert Uorkun sözlərini gətirir. 

ABŞ müdafiə nazirinin birinci müavini Robert Uork (sağda) relsli silahdan açılan atəşin nəticəsi ilə tanış olur
ABŞ müdafiə nazirinin birinci müavini Robert Uork (sağda) relsli silahdan açılan atəşin nəticəsi ilə tanış olur

WSJ-nin xatırlatmasına görə, ABŞ-ın Hərbi Dəniz Qüvvələri ER proqramının reallaşmasına 10 il əvvəl başlayıblar və bu məqsədə yarım milyard dollar xərcləyiblər. Hazırda isə relsli silahı müdafiə tipli silaha çevirmək və onun mərmilərini ABŞ hərbi gəmilərinin artilleriyasına uyğunlaşdırmaq üçün 800 milyon dolların ayrılması planlaşdırılır.

Silahın ilk nümayişi üçün nəzərdə tutulan vahidi BAE Systems tərəfindən təqdim edilib. Onun gücü 32 MC təşkil edir. Bu nümunə Dalqrenə (Virciniya ştatı) 2012-ci ilin yanvarında gətirilib.  Bir neçə ay sonra bura rəqib General Atomics şirkətinin daha peşəkar nümunəsi gətirilib. 

Relsotronun dənizdə ilk sınaqlarının çoxməqsədli tezyürüyən desant JHSV-3 (Joint High Speed Vessel) Millinocket katamaran-gəmidə keçirilməsi planlaşdırılıb. Sınaqlar bu il keçiriləcək.

 

Şərhlər