Türkiyə sərhəddində gərginlik

Suriya ilə sərhəddə silahlı qruplaşmaların toplandığı bildirilib.
Döyüş tankı (arxiv)
Döyüş tankı (arxiv)

"Nüsra cəbhəsi" terror qruplaşması üzvləri Suriya-Türkiyə sərhədinə yaxınlaşıb. Suriyanın Hələb əyalətindəki sakinlər onların ağır silahlarla gəldiklərini xəbər veriblər.

ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu haqda Rusiyanın Suriyadakı Barışıq Mərkəzinin informasiya bülletenində bildirilir.

"Hələb əyalətinin Hraytan və Kəfr-Həmra yaşayış məntəqələri sakinlərinin məlumatına görə, "Cəbhət ən-Nüsra" terror qruplaşmasının ağır silahlarla Suriya-Türkiyə sərhədi ərazisinə gəlişi qeydə alınıb", - deyə Rusiya Müdafiə Nazirliyinin saytında dərc olunan mətndə qeyd olunur.

Sənəddə bildirilir ki, "Nüsra cəbhəsi" yaraqlıları yaylım atəşi sistemləri və minaatanlardan Əl-Hader, Kudehi və Xandrat yaşayış məntəqələrini, həmçinin Hələb şəhərində Şeyx-Maksud, Əz-Zaqra və Məddafi təpələri ərazisini atəşə tutublar.

Terrorçular, o cümlədən İdlib əyalətində Fuaa yaşayış məntəqəsini və Dəməşq əyalətində Huteyta əl-Caraş, Hauş-Harabu, Caraş, Şurxun və Blelie yaşayış məntəqələrini və Meyda qəsəbəsi yaxınlığından keçən dəmiryol körpüsünü atəşə məruz qoyublar.

 

Şərhlər