Prezidentlər telefon danışığıyla gərginliyə son qoyacaqlar

Türkiyə ilə şimal qonşumuz arasındakı əlaqəlar tam bərpa olunur.
Binali Yıldırım - Türkiyənin baş naziri
Binali Yıldırım - Türkiyənin baş naziri

Türkiyənin baş naziri Binali Yıldırım TRT kanalına müsahibəsi zamanı Rusiya ilə olan gərgin münasibətlərə son qoyulduğunu deyib. Uzun müddət davam edən danışıqlardan sonra prezident Rəcəb Tayyib Ərdoğanın həmkarı Vladimir Putinə ünvanladığı məktubu da dərc edilərək ictimaiyyətə təqdim edilib.

ANS PRESS-in məlumatına görə, baş nazir sözügedən məktubun Türkiyənin siyasi qüvvələr tərəfindən fərqli mənalarda qəbul oluna biləcəyini bildirib. "Bizim belə hallarla məşğul olmağa vaxtımız yoxdur. Qlobal iqtisadiyyat acınacaqlı vəziyyətdədir və görüləcək işimiz həddindən çoxdur", - deyən Yıldırım, həmçinin Ərdoğan ilə Putinin danışıqlarına da toxunub.

Baş nazirin dediyinə görə, bir neçə gündən sonra Ərdoğan telefon vasitəsilə Rusiya prezidenti ilə danışacaq.  Bununla da dövlətlər arasında yaranmış gərginlik tamamilə aradan qalxacaq. Dövlət rəsmisi bunun uzun müddətdir davam edən danışıqların uğurlu nəticəsi olduğuna toxunub. Yıldırımın sözlərinə görə, tərəflər baş verən bütün xoşagəlməz halları unudacaq və tərəfdaşlığı iqtisadiyyat, turizm, investisiya və qalan bütün sahələrdə davam etdirəcəklər.

 

Şərhlər