Nemtsovun öldürüləcəyi əvvəlcədən bilinirmiş (FOTOFAKT)

Vikipediyaya yerləşdirilən yazının İP ünvanı bəlli olub
Rusiya müxalifət lideri Boris Nemtsovun ölümü ətrafında söz-söhbətlər səngimək bilmir.

ANS PRESS-in məlumatına görə, Rusiya mətbuatı iddia edir ki, Nemtsovun ölümü əvvəlcədən bilinirmiş.

Belə ki, Vikipediyada Boris Nemtsov haqqında yazıda əvvəlcədən onun ölüm tarixi bildirilib. Sui-qəsddən bir neçə saat əvvəl siyasətçi haqqında məqalə dərc edilib.

"2015-ci il 27 fevral tarixində Moskva şəhərində öldürülüb", deyə yazıda qeyd olunur. Lakin diqqət çəkən məqam bundan ibarətdir ki, yazıda siyasətçinin ölümündən bir neçə saat əvvəl 21:40 qeyd olunur ki, Nemtsov 23:40-da öldürülüb.

Əldə edilən məlumatlara görə, Vikipediyaya yerləşdirilən yazının İP ünvanı İvanova şəhərindədir.