Ərdoğan Putindən üzr istəməyib

Türkiyə Prezidentinin mətbuat katibi məktubda yazılanlarla bağlı açıqlama verdi.
Türkiyə və Rusiya Prezidentləri
Türkiyə və Rusiya Prezidentləri

Türkiyə prezidentinin mətbuat katibi Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinə göndərdiyi məktubun mətnini açıqlayıb.

ANS PRESS-in məlumatına görə, Prezidentin mətbuat katibi İbrahim Kalın bildirib ki, məktubda bunlar yazılıb:

Rusiya hərbi təyyarəsinin vurulmasına görə təəssüflənirəm. Həyatını itirən rus pilotun ailəsinə bir daha kədərlərini paylaşdığımı, başsağlığı vermək istədiyimi bildirmək istəyirəm, inciməsinlər.

Məktubda Ərdoğan Türkiyə-Rusiya münasibətlərinin normallaşması və onların ənənəvi səviyyəyədək bərpa olması üçün çağırış edib.

17:14 / Kreml: Ərdoğan Putindən üzr istədi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə məktub ünvanlayıb. ANS PRESS-in məlumatına görə, bu barədə məlumat Kremlin rəsmi saytında yerləşdirilib.

Türkiyə lideri Rusiya hərbi təyyarəsinin vurulmasından sonra yaranan gərginliyin düzəlməsində maraqlı olduğunu ifadə edib.

Ərdoğan təyyarənin vurulmasından təəssüfləndiyini yazıb.

Türkiyə prezidenti Ankara və Moskva arasında münasibətlərin yaxşılaşması üçün hər şeyi edəcəyini deyib. 

Bir müddət əvvəl Rəcəb Tayyib Ərdoğan Rusiya Günü münasibətilə prezident Vladimir Putinə təbrik məktubu göndərmişdi.

Məktubda Rusiya və Türkiyə arasında münasibətlərin yaxşılaşmasına ümid ifadə olunurdu. Amma Rusiya tərəfi  Türkiyə prezidentinin  bu jestini sədəcə protokol adlandırmışdı.

Ötən il noyabrın 24-də Suriya ilə sərhəddə "Su-24" rus təyyarəsinin vurulmasından sonra Rusiya-Türkiyə münasibətləri soyuyub. Bu hadisədən sonra iki ölkə arasında gərginlik yaranıb. Hər iki ölkənin prezidenti və dövlət rəsmiləri hadisədən sonra bir-birlərinə qarşı kəskin ittihamlarla çıxış edib.

Bir sıra iqtisadi sanksiyaların tətbiqi başlayıb. Rusiya Türkiyə ilə vizasız rejimi də dayandırmaq barədə qərar qəbul edib. Türkiyə ilə vizasız rejim 2016-cı il yanvarın 1-dən dayandırılıb.

Rusiya prezidenti Vladimir Putin ötən il noyabrın 28-də Türkiyəyə qarşı iqtisadi sanksiyaların tətbiqi haqqında fərman imzalayıb. Müvafiq qərara əsasən, Rusiyada 2016-cı ilin yanvarın 1-dən Türkiyədən bir sıra kənd təsərrüfatı xammalı və ərzaqların gətirilməsinə qadağa qoyulub.

Sənədə əsasən, Türkiyənin yuridiksiyası altında olan təşkilatlar üçün Rusiyada bir sıra işlərin icra edilməsinə məhdudiyyətlər yaradılır.

 

Şərhlər