"İranı özümüzə düşmən hesab etmirik"(FOTO)

Əhməd Davudoğlu ABŞ-ın CNN telekanalına danışıb.
Türkiyə İranı özünə düşmən hesab etmir və bu dövlətin nüvə razılaşmasını alqışlayır.”

ANS PRESS-in məlumatına görə, bu barədə Türkiyənin Baş naziri Əhməd Davudoğlu ABŞ-ın CNN telekanalına danışıb.

İranın nüvə razılaşmasının əldə edilməsi bütün dünya iqtisadiyyatının xeyrinə olduğunu bildirən, Baş nazir son 20 ildə Ankara - Tehran arasında münasibətlərin inkişaf etdiyini diqqətə çatdırıb.

“Biz bu sazişin bağlanmasını böyük məmuniyyətlə qarşıladıq. Bu razılaşmanın əldə edilməsi bütün dünya iqtisadiyyatına öz töhfəsini verəcək. İranla münasibətlərimiz həm xoş, həm də gərgin zamanlar yaşayıb. İraq Suriya məsələlərində fikir ayrılıqlarının olmasına baxmayaraq, 20 ildə münasibətlər inkişaf etməkdə davam edir”


Əhməd Davudoğlu- Türkiyənin baş naziri

Yanvarın 16-da İrana qarşı sanksiyaların ləğv edilməsi ilə İranın dünya bazarlarına çıxışı açılıb. Bundan sonra İran həm xarici banklarda dondurulan, 10 miyardlarla dollar vəsaitini götürə, həm də dünya bazarına daha artıq neft çıxara biləcək.

Sanksiyaların aradan qaldırılmasından sonra bir çox ölkələr İranla iqtisadi əlaqələrini möhkəmləndirməyə başlayıb. Elə bu məqsədlə yanvarın 23-də 10 ildən sonra ilk dəfə Çin prezidenti Si Szinpin İrana səfər edib.

Səfərdən sonra Çin prezidenti Si Szinpin "bu çox dostyana bir dialoq oldu və biz hərtərəfli münasəbətlərimizin səviyyəsini yüksəltmək üçün razılığa gəldik" deyə bəyanat verib.

İran da eyni zamanda öz iqtisadi əlaqələrini inkişaf etdirmək yolunda uğurla addımlayır. Bir neçə Avropa ölkıəsinə səfər planlaşdırılan, Həsən Ruhani ölkəsinin üzərindən sanksiyalar götürüləndən sonra ilk səfərini İtaliyaya edib.


Həsən Ruhani və Fransua Olland

İran prezidenti İtaliyada 17 milyard dollarlıq müqavilə bağlayıb. Onun İtaliya şirkətləri ilə imzaladığı razılaşma energetika və infrastruktur sahələrinə aiddir.

2015-ci il iyulun 14-də nüvə proqramı üzrə "altılıq"la İran yekun razılıq sənədi imzalayıb. Həmin sənədə əsasən, Tehran nüvə proqramını dinc məqsədlər üçün istifadə edəcək, qarşı tərəf isə bu şərti yerinə yetirdiyi halda beynəlxalq sanksiyaları aradan qaldıracaq.