"Qərb həmişə Ermənistanı müdafiə etməyi özünə borc bilir" (VİDEO)

Novruz Məmmədov: Bu hadisələr ikili standartların bariz nümunəsidir
“Beynəlxalq hüququ müdafiə edən təşkilatlar nədənsə Ermənistanda baş verənləri görmür. Söhbət təkcə indi baş verən prosseslərdən getmir, Qərb Ermənistanı həmişə müdafiə etməyi özünə borc bilir”.

ANS TV-nin məlumatına görə, bunu Prezident Adminstrasiyası rəhbərinin müavini Novruz Məmmədov Ermənistanda baş verən hadisələri şəhr edərkən deyib. O bildirib ki, bu hadisələr ikili standartların bariz nümunəsidir.

“Bu hadisələr gec-tez olmalı idi. Çünki, bu ölkə inkişaf etmir və gələcək prespektivi də yoxdur. Ermənilər başa düşməlidir ki, Azərbaycansız onlar bir dövlət kimi var ola bilməz”.