Qusar Ləzgi Dram teatrı ilkə imza atıb

Azərbaycanda ilk dəfə ləzgi dilində hərbi marş səsləndirilib.
Qusar Ləzgi Dram Teatrı
Qusar Ləzgi Dram Teatrı

Multikulturalizm ili çərçivəsində Qusar Ləzgi Dram Teatrı maraqlı bir layihəyə imza atıb.

ANS PRESS-in məlumatına görə, dram teatrının kollektivi zəfər marşı adlanan hərbi marşı təqdim edib. Teatrın direktoru Faiq Qardaşov deyib ki, tədbirin keçirilməsi ilə bağlı  təşəbbüs rəhbərlik və işçilər tərəfindən gəlib.

Faiq Qardaşov - Qusar Ləzgi Dram Teatrının direktoru
Faiq Qardaşov - Qusar Ləzgi Dram Teatrının direktoru

 

“Birlikdə qərar verdik ki, teatrda hərbi vətənpərlik həftəsi keçirək. Biz ləzgi dilində marşlarımızla vətənpərvərliyi təbliğ etmək istəyirik. İstəyimizə də nail oluruq”,- deyə teatr rəhbəri bildirib. 

Qusar Ləzgi Dram Teatrı  məşq zamanı
Qusar Ləzgi Dram Teatrı məşq zamanı

Bu respublikada ləzgi dilində səslənən ilk hərbi marşdır. Marş Qusar Ləzgi Dram Teatrının silahlı qüvvələr günündə Azərbaycanın bütün hərbçilərinə hədiyyəsidir.

 

Şərhlər