Ərdoğan Bakıya gəldi, Əliyevlə görüşdü

Türkiyə prezidentinin Azərbaycana səfəri başlayıb.

Azərbaycan prezidentiİlham Əliyev və xanımı Mehriban Əliyeva Bakıda işgüzar səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan ilə birgə şam ediblər.


21:02 / Ərdoğan Bakıya gəldi, Əliyevlə görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana işgüzar səfərə gəlib.

ANS PRESS-in məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

R.T.Ərdoğanı və xanımı Əminə Ərdoğanı hava limanında Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər qarşılayıblar.

Ərdoğanın Azərbaycan prezidenti İlham Əliyevlə görüşü olub.

Görüşdə ölkələrimiz arasında strateji tərəfdaşlığa əsaslanan dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib. Yüksək səviyyəli görüşlərin əməkdaşlığın inkişafı baxımından önəmi vurğulanıb.

Əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminlik bildirilib. Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun əhəmiyyəti vurğulanıb və bu tədbirin beynəlxalq əməkdaşlıq işinə töhfə verdiyi bildirilib.

Söhbət zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Eyni zamanda Bakıda Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Türkiyənin birinci xanımı Əminə Ərdoğan ilə görüşü olub.