Avropa İttifaqı dağılır?

İngiltərədən sonra daha iki ölkə referendum çağırışı edib.
BREXİT- səsvermə
BREXİT- səsvermə

Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxması haqqında referendum qərarı başqa ölkələri də hərəkətə gətirir. 16.7 milyonluq səs baryerini keçərək referendumda qalib gələn ingilislərdən sonra hollandlar və fransızlar da bu barədə düşünməyə başlayıblar. 

ANS PRESS-in məlumatına görə, Hollandiyanın təşkilatdan çıxması barədə təklif irəli sürən qatı sağçı lider Aİ referendumu çağırışı edib. 

İslamın düşməni, miqrant axınına qarşı olan şəxs kimi tanınan Geert Vilders İngiltərənin qərarından sonra açıqlamasında bu barədə danışıb.

"Ölkəmizin, pulumuzun, sərhədlərimizin və miqrant siyasətimizin öz əlimizdə olmasını istəyirik", - deyə o bildirib. 

Bənzər çağırış Fransadan da gəlib. Qatı sağçı Milli Cəbhə (FN) partiyası ölkənin Aİ-dən çıxmasını tələb edib. FN sədrinin köməkçisi Florian Filippot "Twitter"dən yaydığı mesajında belə yazıb: "İnsanların azadlığı hər zaman qələbə çalır. İndi sıra bizdədir".

Geert Vilders
Geert Vilders

43 il Avropa İttifaqının tərkibində olmuş Böyük Britaniyada Aİ-dən çıxıb-çıxmamaq barədə referendum iyun ayının 23-də olub. Seçicilərin 52 faizə yaxını qurumdan çıxmağa səs verib. Yalnız 48 faiz ittifaqın tərkibində qalmağa üstünlük verib.

Referendum fonunda funt-sterlinq valyuta bazarlarında kəskin şəkildə ucuzlaşıb.

Referenduma hazırlaşan ingilisləri əks etdirən karikatura
Referenduma hazırlaşan ingilisləri əks etdirən karikatura
 

Şərhlər