Davudoğlu and içdi (VİDEO)

XİN başçısı 45 gün ərzində yeni hökumətin qurulmasına nail olmalı olduğunu deyib.
Türkiyə Böyük Millət Məclisinin yeni seçilmiş üzvləri andiçmə mərasimini başa vurublar. ANS TV-nin məlumatına görə, 30 iyunda deputatlar parlament spikerini təyin etmək üçün səsverməyə gedəcəklər. Xalqın hüquq və mənafeyini qorumağa and içən namizədlər arasında ölkənin baş naziri Əhməd Davudoğlu da olub.

Davudoğlu deyib ki, 45 gün ərzində yeni hökumətin qurulmasına nail olmalıdır. “Dövlətin varlığı və müstəqilliyini, vətəninin və millətin bütövlüyünü, millətin qeyd-şərtsiz hegamonluğunu qoruyacağıma, hüququn aliliyinə, demokratik və layiq cümhuriyyətə, Atatürk prinsiplərinə sadiq qalacağıma, cəmiyyətin asayişi və rifahi, milli həmrəylik və ədalət anlayışı çərçivəsində, konstitusiyaya sadiq olacağıma böyük türk milləti qarşısında namus və şərəfimə and içirəm”.

Yeni məclisin tərkibində qadın deputatların sayı rekord həddə - 98 nəfərə çatıb. Türkiyə parlamentinin tərkibində kürd, erməni və digər etnik azlıqlar da təmsil olunur.