"Əvvəlcə 5 rayon azad olunacaq"

PA rəsmisi münaqişənin mərhələli həlli ilə bağlı qərar qəbul olunduğunu deyib.
Novruz Məmmədov - Prezidenti Administrasiyasının rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri
Novruz Məmmədov - Prezidenti Administrasiyasının rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri

Rəsmi Bakı ilk dəfə prezidentlərin Sankt-Peterburq görüşündə Dağlıq Qarabağ probleminin həllində tərəflərin razılığa gəldiyi məqamları açıqlayıb. ANS TV-nin məlumatına görə, bu barədə prezident administrasiyası rəhbərinin müavini Novruz Məmmədov danışıb.

Onun sözlərinə görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin mərhələli həlli ilə bağlı razılıq əldə olunub. 

"Bu görüş zamanı münaqişənin mərhələli həllinə üstünlük verildi. Yəni bundan sonra münaqişənin həllində mərhələli şəkildə irəliyə getmək lazımdır. Əvvəlcə Azərbaycanın 5 rayonunun azad olunması, ondan sonra 2 rayonun azad olunması və dəhlizin müəyyən edilməsi. Daha sonra Dağlıq Qarabağın statusunun müəyyən edilməsi. Bu istiqamətdə tərəflər prinsip etibarilə razılığa gəldilər", - deyə administrasiya rəhbərinin müavini bildirib.

Sankt-Peterburq görüşünün nəticələri
 

Şərhlər