Azərbaycan ordusu 29 hərbçisini itirib

Yaralıların və xəsarət alanların bir çoxu xidmət yerinə qayıdıblar
“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin kütləvi informasiya vasitələri üzərində həyata keçirdikləri monitorinqin nəticələrinə əsasən adlı siyahı üzrə 2013-cü ilin geridə qalan dövründə Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun itkiləri 29 nəfər təşkil edib. "Doktrina" JHAM İnformasiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, ötən müddət ərzində 33 nəfər yaralanıb (və ya xəsarət alıb). Müvafiq dövrdə dünyalarını dəyişənlərin 5-i döyüş (5 nəfər erməni gülləsi), 24-ü isə qeyri-döyüş itkiləridir. Bundan başqa C.Naxçıvanski adına hərbi liseyin müdavimi də naməlum səbəbdən dünyasını dəyişib (hərbi qulluqçu statusuna malik olmadığına görə siyahıda ayrıca qeyd olunur).

3 nəfər bədbəxt hadisədən (suda boğulma, yıxılma, tank altında qalma), 3 nəfər avtoqəzadan, 3 nəfər vertolyot qəzasından, 2 nəfər naməlum səbəbdən, 1 nəfər ehtiyatsızlıqdan, 2 nəfər qeyri-nizamnamə (qanunazidd) hərəkətlərindən, 3 nəfər xəstəlikdən dünyasını dəyişib. 7 nəfər intihar edib.

Dünyasını dəyişənlərin 24-ü Müdafiə Nazirliyinin, 1-i Dövlət Sərhəd Xidmətinin, 2-i Daxili Qoşunların, 1-i XDMI-nin, 1-i Fövqəladə Hallar Nazirliyinin (1 nəfər Naxçıvan FHN), -i Milli Təhlükəsizlik Nazirliyinin, - isə Səfərəbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularıdır.

Yaralılara və xəsarət alanlara gəlincə (33 nəfər) onların 8-i qeyri-nizamnamə hadisələrindən (o cümlədən ehtiyatsızlıqdan) biri intihara cəhddən, 3-ü mülki şəxslərlə davadan, 6-ı erməni gülləsindən, 1 nəfər mina partlayışından, 4-ü bədbəxt hadisədən (liftin şaxtasına yıxılma, yanğın və s.), 10-u isə avtoqəza nəticəsində yaralanıblar və ya xəsarət alıblar. 30 nəfər Müdafiə Nazirliyinin hərbi qulluqçusu, 3 nəfər Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusudur. Yaralıların və xəsarət alanların bir çoxu xidmət yerinə qayıdıblar.