Çox sayda PKK silahlısı məhv edilib (VİDEO)

İstanbulda mətbuorqanlardan birinin rəhbəri silahlı hücuma məruz qalıb.
Türkiyədə terror hücumları ara vermir. Bingöldə dəmir yolunda qatarın partladıldığı vaxtda, İtanbulda mərkəzdə “Star media” Holdinqin rəhəbri PKK-nın hədəfində olub. Bu terror təşkilatı ilə mübarizədə bir anda 8 hərbçisini şəhid verən Türkiyə övladlarını son mənzilə yola salmaqla yanaşı, hadisə yerində əməliyyatları genişləndirib.

ANS TV-nin Türkiyə bürosunun məlumatına görə, Siirt vilayətində əsgər konvoyunun keçidi zamanı terrorçular tərəfindən yerləşdirilmiş mina partlayışında 8 əsgərini itirən türk ordusu bu hadisənin ardınca PKK-ya qarşı əməliyyatları genişləndirib. Türk Silahlı Qüvvələri həm havadan, həm də qurudan genişmiqyaslı əməliyyatlara başlayıb.

Bingöl vilayətində də kəndi hədəfə alan PKK terrorçuları ilə könüllü dəstələri arasında silahlı toqquşma yaşanıb.

Bunun ardınca məhz elə Bingöldə demir yol qatarı partladılıb. Terror aktı nəticəsində qatarın 4 vaqonu sıradan çıxıb xoşbəxtlikdən hadisədə ölən olmayıb.

17 PKK-çı zərərsizləşdirilib, biri yaralı olmaqla iki silahlı yaxalanıb.

İki aya yaxındır ki, terror hadisələrinin xəbəri Türkiyənin Qərb vilayətlərindən gəlirdi. Lakin terror qruplasmaları artıq İstanbulda daxil olmaqla böyük şəhərləri də hədəfə alır.

Bu gün İstanbulda növbəti terror aktı isə “Star media” qrupunun rəhbəri Murat Sancaka qarşı törədilib.

Avtomobilnə 20-dən çox güllə dəysə də, Murat Sancak və digər iki nəfər yüngül xəsarətlə qurtara biliblər.

Hazırda İstanbulda, şəhərin mərkəzi kücələrində əli silahlı polis əməkdaşlarının sayı artıb.