ABŞ-dan Əliyev və Sarkisyana Qarabağ zəngi

Birləşmiş Ştatlarının vitse-prezidenti Co Bayden Azərbaycan və Ermənistan prezidentləri ilə danışıb.
İlham Əliyev və Serj Sarkisyan
İlham Əliyev və Serj Sarkisyan

Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Co Bayden Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib.

İlham Əliyev münaqişənin tezliklə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə həllinin vacibliyini bildirib.

ANS PRESS-in məlumatına görə, söhbət zamanı Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin uğurlu inkişaf dinamikası müzakirə olunub. Prezident İlham Əliyev bu il mart ayının sonlarında Vaşinqtonda Co Bayden ilə keçirdiyi görüşü məmnunluqla xatırladıb.

Dövlət başçısı və ABŞ-ın vitse-prezidenti həmin görüş zamanı səmərəli müzakirələrin aparıldığını vurğulayıblar. Eyni zamanda Amerika Birləşmiş Ştatlarının təşəbbüsü ilə bu yaxınlarda Vyanada keçirilən görüşlərin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində əhəmiyyəti qeyd olunub.

İlham Əliyev münaqişənin tezliklə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə həllinin vacibliyini bildirib.

Söhbət zamanı uğurla inkişaf edən Azərbaycan-ABŞ əlaqələrinin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Co Bayden Dağlıq Qarabağ münaqişəsinin nizamlanması barədə müzakirə aparmaq üçün Ermənistan prezidenti Serj Sarkisyanla da telefon danışığı aparıb. Bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat verib.

"Telefon danışığı zamanı Dağlıq Qarabağ münaqişəsi ətrafındakı vəziyyət müzakirə olunub"

Tərəflər telefon danışığında Vyanada ATƏT-in həmsədr ölkələrinin xarici işlər nazirlərinin vasitəçiliyi ilə əldə edilmiş razılaşmaların “hərtərəfli və produktiv şəkildə həyata keçirilməsinin vacibliyini” qeyd edib. Tərəflər, həmçinin bu məsələdə həmrəy olduqlarını, münaqişənin həllinin ancaq dinc yolla mümkün olduğunu bildiriblər.

Bayden
Bayden

Co Bayden aprelin əvvəllərində Qarabağda döyüşlər başlayanda tərəfləri hərbi əməliyyatların dayandırılmasına çağırmaq üçün İlham Əliyev və Serj Sarkisyanla telefon danışıqları aparıb. Bu barədə Bayden «Twitter» hesabında yazıb. Telefon danışığı zamanı Dağlıq Qarabağ münaqişəsi ətrafındakı vəziyyət müzakirə olunub.

“Mən prezidentlər Əliyev və Sarkisyana dedim ki, Dağlıq Qarabağda hərtərəfli nizamlama onların ölkələrinin stabilliyi, təhlükəsizliyi və çiçəklənməsi üçün olduqca vacibdir”, - Bayden tvitində yazıb. Aprelin 1-də, hərbi əməliyyatların başlaması ərəfəsində Co Bayden Vaşinqtonda İlham Əliyevlə və Serj Sarkisyanla danışıqlar aparmışdı.

 

Şərhlər