Azərbaycanlı milyarder otelini geri istəyir

Telman İsmayılov oteli satılarkən tenderin şərtlərinin pozulduğunu iddia edir.
Telman İsmayılov “Mardan Palace” otelinin geri qaytarılması üçün məhkəməyə müraciət edib.

ANS PRESS-in Türkiyə mətbuatına istiandla verdiyi məlumata görə, Telman İsmayılov otelin satışı ilə bağlı təşkil edilən tenderin keçirilmə şərtlərinin pozulduğunu iddia edir.

Antalya Birinci İcra Məhkəməsinə müraciət edən milyonçunun şikayəti təmin edilərsə, otel ona qaytarılacaq.

Milyonçudan borcunu ala bilməyən "Halkbank" rəsmi orqanlara müraciət edərək haqqını tələb etmişdi. Nəticədə icra iş adamının otelini hərraca çıxarmaq haqqında qərar qəbul etmişdi. Ancaq otelin satışına razılıq verməyən Azərbaycan əsilli iş adamı rəsmi olaraq borcu ödəyəcini bildirib. T.İsmayılovun borcunun 68 milyon dollar civarında olduğu bildirilirdi.



Azərbaycanlı milyarderin oteli "Mardan Palace" 2009-cu ilin may ayında fəaliyyətə başlayıb. "Mardan Palace" otelinin inşasına 1.4 milyard dollar pul xərcələnib. Otelin açılışına Meray Kerri, Riçard Gir, Paris Hilton, Şeron Stoun, Monika Belluçi, Tom Cons və başqa məhşurlar gəliblər.

Otel noyabrın 2 –də 360 milyon 50 min lirəya (129 milyon dollar) satılıb. Amma hərraca çıxarılan ilk vaxtlarda otelin qiyməti 719 milyon lirə (təqribən 257 milyon dollar) göstərilirdi.


“Mardan Palace” oteli


"Mardan Palace" otelini Səudiyyə Ərəbistanının kralı Salman Abdel Əziz Al Saud Antalyada keçirilən G-20 sammitində bağlatdırmışdı. Otelin 1 gecəsi 15 min dollara qiymətləndirilir. Otel 2 ay əvvəlcədən bron olunub. Kral oteldə 3 gün qalıb.


"Mardan Palace" otelinin yerləşdiyi Antalya şəhəri (qırmızı rənglə işarələnib)

AST Telmanın milyardlıq otelinin satışında sürpriz

Məhkəmə "AST" Telmanı cərimələdi

Telman İsmayılovun mülkü əlindən alınır

"AST" Telmana görünməmiş zərbə

"Telman İsmayılov erası"nın sonu (FOTO,VİDEO)

Beynəlxalq məhkəmə "AST" Telman haqqında qərar verdi