Gürcüstanda NATO qüvvələrinin hərbi təlimləri davam edir

Rusiya hökuməti bu hadisənin Qafqazdakı stabilliyi poza biləcəyini deyir.
Gürcüstand təlim keçən ABŞ əsgərləri
Gürcüstand təlim keçən ABŞ əsgərləri

Gürcüstanda Beynəlxalq qüvvələrin iştirakı ilə bu vaxta qədər ən irmiqyasıl hərbi təlimlər keçirilir. Təlimlər mayın 260na kimi, Gürcüstanın müstəqillik gününə qədər davam edəcək. Təlimlərə hərbi paradla son veriləcək.

ANS TV-nin məlumatına görə, Rusiya hökuməti Gürcüstanda keçirilən hərbi təlimlərdən narahatdır. Bunu Qafqaz regionunda qeyri-stabilliyə yönəldilmiş addım hesab edir. NATO tərəfindən təxribat olduğunu bildirir.

Gürcüstanda ABŞ komandanlığı ilə hərbi təlimlər keçirilir

Gürcüstanın Vaziyani hərbi bazasında ABŞ-ın rəhbərliyi ilə birgə hərbi təlimlər davam edir.  Paytaxt Tiflisin şəhər kənarında yerləşən hərbi poliqonda keçirilən növbəti manevrlərdə hərbçilər müxtəlif məsafələrdən atəş açıb, Bredli piyada döyüş maşının istifadəsi ilə bağlı hazırlıq keçib.

Gürcüstanda Beynəlxalq qüvvələr ilə birgə bu vaxta qədər keçirilmiş ən geniş miqyaslı  təlimlərdə, ABŞ, Britaniya və Gürcüstandan olan ümumilikdə 1300-ə yaxın şəxsi heyət iştirak edir.

Təlimlərin məqsədi  Gürcüstan  hərbçilərini NATO-nun çevik reaksiya qüvvələri ilə birgə əməliyyatlarda iştirak edə bilməsi üçün hazırlıq səviyyəsini qaldırmaqdır. Rusiya bu təlimlərin regionda sabitliyi pozmaq məqsədi daşıyan təxribat olduğunu bildirib.

 

Şərhlər