Fransada növbəti qar uçqunu: 5 hərbçi öldü (VİDEO)

Xilasetmə dəstələrinin qarın altından çıxardığı 10 nəfərdən beşi ürək çatışmazlığından dünyasını dəyişib.
Alp dağlarının Fransa yamaclarında ölümlə nəticələnən növbəti qar uçqunu baş verib. ANS PRESS-in məlumatına görə, təbii fəlakət zamanı təlim keçən 5 əsgər ölüb, daha 6 hərbçi isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.



Fransanın İtaliya ilə sərhədində, dəniz səviyyəsindən 2200 metr hündürlükdəki Valfreyus şəhərində təlim keçən 50-yə yaxın əsgər qar uçqununa məruz qalıb. Təbii fəlakətdən sonra bölgədə axtarış-xilasetmə işlərinə başlanılıb. Xilasetmə işlərinə helikopter və xüsusi təlimli itlər cəlb olunub. Xilasetmə dəstələrinin qarın altından çıxardığı 10 nəfərdən beşi ürək çatışmazlığından dünyasını dəyişib.

Hərbçilərin Petit Arqentier bölgəsində dağ xizəyi idmanı ilə məşğul olduqları bildirilir.



Alp dağının Fransa hissəsində analoji hadisə ötən həftə yanvarın 13-də baş vermişdi. Hadisə zamanı 3 məktəbli dünyasını dəyişmişdi.