Rauf Mirqədirov məhkəmə qarşısında (VİDEO)

Vəkil Mirqədirovun azadlığa buraxılacağına ümid edir.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rauf Mirqədirovun işi üzrə məhkəmə prosesi davam etdirilib.

ANS TV-nin məlumatına görə, Mirqədirov verdiyi ifadəsində özünü təqsirli bilməyib. Prosesin ilk hissəsində vəkilin dərhal azadlığa buraxılma barədə qaldırdığı vəsatəti təmin olunmayıb. Məhkəmə işi bu saatlarda davam etdirilir.

“Ayna""Zerkalo” qəzetlərinin əməkdaşı Rauf Mirqədirov aprelin 19-da Türkiyədə saxlanılaraq Azərabycana deportasiya olunub. Bakı aeroportunda həbs olunan jurnalistə qarşı Ermənistanın xeyrinə casusluq etmə, dövlətə xəyanət maddəsilə ittiham irəli sürülüb. Vəkil Fuad Ağayev Arif Yunusun həbsdən azad edilməsindən sonra Mirqədirovun da azadlığa buraxılmasına ümidlidir:

“Rauf Mirqədirova verilmiş ititihamı heç bir hüquqi əsası yoxdur. Arif Yunus vəziyyətində isə dəyişiklik yoxdur. Məhkəmədən gözləntimiz isə hələ ki, yaxşıdır”.