İrəvanda polis binasına basqın davam edir

Milli Təhlükəsizlik xidməti basqınçıların əlində xeyli silah-sursat olduğunu açıqlayıb.
Erməni polisi
Erməni polisi

11:45 / Daha bir nəfər azadlıqda

Ermənistan mühafizə-patrul xidməti alayına basqın edənlər daha bir girovu buraxıblar. ANS PRESS-in "İnterfaks"a istinadla verdiiy məlumata görə, onların əlində indi 4 nəfərin qaldığı ehtimal edilir. Azad edilən şəxs təcili yardım maşının sürücüsüdür. 

O, uzun sürən danışıqlardan sonra buraxılıb. 

Ermənistan milli təhlükəsizlik xidmətinin məlumatına görə, basqınçılar silahı yerə qoymaqdan və təslim olmaqdan boyun qaçırırlar. Bəyanatda polis idarəsinə ötən gün basqın edən şəxslərin əlində çox sayda silah-sursat olduğu və bunun da nəinki girovların həyatı, eləcə də ətrafda olanlar üçün ciddi təhlükə olduğu qeyd edilir. 

9:30 / Bir nəfər girovluqdan buraxılıb

Irəvanda polis binasını ələ keçirən bir qrup silahlı şəxs girovlardan birini azad edib.

ANS PRESS-in məlumatına görə, bununla da girovluqda 5 nəfər qalıb. Onlar arasında Ermənistan polis rəisinin müavini Vardan Yeqizaryan və İrəvan polis rəisinin müavini Valeri Osipyan var.

Ötən gün səhər saatlarında bir qrup silahlı şəxs Ermənistan polisinin post-patrul xidmətinin ərazisinə daxil olub və burada olan insanları girov götürüb. Polisin məlumatına görə, binanın ələ keçirildiyi zaman 1 polis əməkdaşı öldürülüb, 3-ü yaralanıb. Sonradan xüsusi təyinatlıların əməliyyatı nəticəsində iki girov azad olunub.

Onlar qanunsuz silah saxlamaqda ittiham edilərək həbs edilən “Şuşa” batalyonunun komandiri, keçmiş səhra komandiri, radikal müxalifətçi Jirayr Sefilyanın azad edilməsini tələb edirlər. 

 O, dövlət çevrilişinə cəhddə ittiham edilərək ötən ay həbs edilmişdi. 

Comments