Girovlar hələ də xilas edilməyib

İrəvanda polis bölməsinə edilmiş hücum fəsadları hələ də aradan qaldırılmayıb.
Ermənistan polisi
Ermənistan polisi


"Danışıqlarda  heç bir irəliləyiş olmayıb" bunu erməni mətbuatına verdiyi açıqlamada Erebuni polis bölməsinin binasını tutan silahlılardan biri, Pavel Manukyan bildirib. O, girovların özlərini yaxşı hiss etdiklərini  və xüsusi təyinatlıların hücumu  zamanı belə onların sağ-salamat olması üçün əllərindən gələni edəcəklərini bildirib. ANS PRESS-in məlumatına görə, danışıqlarda polis rəhbərləri hər hansı aqressiv addımlar atmamağa çağırıb. Manukyan buna razılaşdıqlarını və  güc strukturlarının səhər saatlarına kimi girovların azad edilməsi ilə bağlı hər hansı əməliyyat keçirməməyə söz verdiklərini bildirib.

Bununla belə, xüsusi təyinatlı polis bölmələri və hüquq-mühafizə orqanları döyüş vəziyyətinə gətirilib. Ancaq hələ ki əməliyyat barədə heç bir əmr verilməyib. Bunu Ermənistan polis rəisinin müavini Unan Poqosyan bildirib. Yerli jurnalislər Poqosyana silahlıların içi polislə dolu binaya necə daxil olduğunu sual verib.

Poqosyan yaralıların  xəstəxanalara yerləşdirildiyini və bəzilərinin vəziyyətinin ağır olduğunu bildirib.  Hadisə yerindən həlak olmuş polis polkovniki Artur Vanoyanın meyiti də artııq ərazidən çıxarılıb. Poqosyan eyni zamanda təsdiq edib ki, binaya daxil olanlar silahları içəridəki saxlancından götürməyib.Onlar əvvəldən silahlanıblar ki, bu da hücumun əvvəlcədən planlaşdırıldığını deməyə əsas verir.

 

Şərhlər