Baş nazir ağladı - "208 şəhidimiz var"

"ABŞ-a sual verirəm - Bundan daha böyük dəlil ola bilər?"
Binalı Yıldırım - Türkiyənin baş naziri
Binalı Yıldırım - Türkiyənin baş naziri

“Hərbi çevriliş cəhdi nəticəsində 208 şəhidimiz var. Bunlardan 60-ı polis, 3-ü hərbçi, 145-i isə mülki qəhrəmanlardır”. ANS PRESS-in məlumatına görə, bu sözləri keçirdiyi mətbuat konfransında Türkiyənin Baş naziri Binəli Yıldırım deyib.

Baş nazir Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlama verib. Onun sözlərinə görə, 1491 nəfər isə yaralanıb. 7543 nəfər saxlanılıb. Onlardan 100-ü polis, 6038-i hərbçidir. 

Açıqlamalar verərkən baş nazirin gözlərinin dolması da jurnalistlərin diqqətindən yayınmayıb. B.Yıldırım dəyən ziyanın dövlət tərəfindən ödəniləcəyini deyib. 

O, hərbi çevriliş cəhdinin təşkilatçılığında adı hallanan Fətullah Gülənin qaytarılması ilə bağlı da danışıb. "Qlobal təhdid var. ABŞ rəhbərliyinə sual verirəm - Bundan daha böyük dəlil ola bilər?".

Nazir həm müxalifət partiyaları, həm də türk mediasına təşəkkür edib. "Bir foto gördüm. Bu mənə çox təsir etdi. Başı qapalı bir xanım yanında modern geyimli bir qadın... Bu Türkiyəni birləşdirən fotodur. Bizim ayrıseçkiliyimiz yoxdur. 15 iyulda bir daha bu, sübut edildi. Qəhrəman polislərimiz canlarını sipər edərək bu alçaqlara lazımi cavabı veriblər". 

Baş nazirin bəhs etdiyi foto
Baş nazirin bəhs etdiyi foto

B.Yıldırım nəvəsinin ona sualından danışanda isə göz yaşlarını saxlaya bilməyib. "Mənim 12 yaşında nəvəm "baba, onlar bizim əsgərlərimiz deyil? İnsanları niyə öldürürlər?". Mən bu suala cavab verə bilmədim. Amma verəcəyik. Elə bir cavab verəcəyik ki, bütün dünya görəcək".

Əziz millətimizə nə qədər təşəkkür etsək də azdır. Çevrilişə cəhd edənlər bilsin ki, tökülən hər damla qanın hesabını elə ağır verəcəklər ki... Bunu etməsək bizə o biri dünyada da rahatlıq yoxdur. Qanun çərcivəsində hərəkət edəcəyik". 

Baş nazir ağlayıb
Baş nazir ağlayıb
 

Şərhlər