800 mindən artıq polis İstanbula gətirildi

Helikopterlərə isə xəbərdarlıq etmədən vurmaq əmri verildi.
İstanbul şəhəri
İstanbul şəhəri

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın əmri ilə "F-16" qırıcı təyyarələri havaya qaldırılıb. ANS PRESS-in "Milliyet" elektron nəşrinə istinadən verdiyi məlumatına görə, ölkə başçısı qırıcıları təhlükəsizlik tədbirlərini gücləndirmək üçün işə salıb. "F-16"ların Türkiyə üzərində mütəmadi dövrə vuracağı deyilib.

Havaya qalxan "F-16"
Havaya qalxan "F-16"

Türkiyədə çevriliş cəhdinin qarşısı alındıqdan sonra İstanbula 800 min nəfər Özəl Hərəkat Polisi gətirilərək gərgin nöqtələrə yerləşdirilib. Onlar xüsusi “zirehli kobra” və “əjdaha” adlandırılan hərbi texnikayla bu yerlərə nəzarət edir. İstanbul üzərində uçan bütün helikopterlərə xəbərdarlıq etmədən vurmaq əmri verilib. İstanbul Baş Polis İdarəsinin rəisi Mustafa Çalışkan helikopterlərə bu imtiyazı verib.

 

Şərhlər