Rusiya NATO-nun şərqdə güclənməsinə qarşı cavab hazırlayır

ABŞ gəmilərinin Qara dənizə girişi də Moskvanı narahat edib.
Hərbçi
Hərbçi

Rusiya NATO-nun şərqdə güclənməsinə qarşı istənilən cavabı verəcək.

ANS PRESS-in məlumatına görə, bu baradə Rusiyanın Təhlükəsizlik Şurasının katibinin müavini Yevgeni Lukyanov deyib.

"NATO-nun şərqdəki əməliyyatlarına görə həyəcanlanmağa əsas yoxdur. Cavab adekvat, məhsuldardır", - deyə müavin Sankt-Peterburqda keçirilən iqtisadi forum çərçivəsində bildirib.

Yevgeni Lukyanov - Rusiyanın Təhlükəsizlik Şurasının katibinin müavini
Yevgeni Lukyanov - Rusiyanın Təhlükəsizlik Şurasının katibinin müavini

Bu həftə NATO müdafiə nazirləri Polşa və üç Baltikyanı ölkədə dörd çoxmillətli batalyon yerləşdirilməsi barədə razılığa gəliblər. Hərbi kontingentin böyük hissəsini ABŞ, Böyük Britaniya və Almaniyadan olan hərbçilər təşkil edəcək.

İyunun 10-da Rusiya Xarici İşlər Nazirliyinin Ümumavropa əməkdaşlığı departamentinin direktoru Andrey Kelin Moskvanın ABŞ gəmilərinin Qara dənizə girişi ilə əlaqədar cavab tədbirlərinin hazırlandığını bildirmişdi. 

Onun sözlərinə görə, yavaş-yavaş ABŞ gəmiləri Qara dənizə giriblər. "Əlbəttə, bu bizdə təqdirəlayiq hal kimi qarşılanmır və şübhəsiz, biz buna qarşı cavab tədbirləri görəcəyik", - deyə Kelin qeyd etmişdi.

 

Şərhlər