Kremldən Ankaranın ünvanına yeni ittiham

Zaxarova Türkiyənin addım atmadığını deyib.
Kreml sarayı
Kreml sarayı

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın prezident Vladimir Putinə göndərdiyi məktub protokoldan ibarətdir. Rəsmi Ankara Moskvanın təklif etdikləri ilə bağlı heç bir addım atmır”.  

ANS PRESS-in məlumatına görə, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O bildirib ki, Türkiyədəki Rusiya konsulluğu ölkə həbsxanalarında cəza çəkən vətəndaşları ilə görüşmək istəsə də rəsmi Ankara bu addıma bürokratik əngəllər törədib.

“Həmçinin son vaxtlar rus hava yolları şirkətlərinin Türkiyə üzərindən İraqa yük daşıması üçün etdiyimiz müraciətlər cavabsız qalıb. Bununla yanaşı Ankarada yüksək rütbəli hərbçilər tərəfindən səslənən “Qara dəniz rus gölünə çevrilməsin” kimi ifadələr işlətməsi münasibətlərin yaxşılaşdırılmasına xidmət etmir”.

Mariya Zaxarova - Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi
Mariya Zaxarova - Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi

Bir neçə gün əvvəl Rəcəb Tayyib Ərdoğan Rusiya Günü münasibəti ilə Vladimir Putinə təbrik məktubu göndərmişdi. Ərdoğan məktubda Ankara və Moskva arasında münasibətlərin istənilən səviyyəyə çatacağına ümid etdiyini yazmışdı. 

Təbrik məktubuna reaksiya verən Kreml münasibətlərin yalnız Türkiyə Rusiyanın şərtlərini yerinə yetirəcəyi halda yaxşılaşacağını bildirdi. "Moskva Türkiyə ilə münasibətlərini normallaşdırmaq istəyir. Amma Vladimir Putin açıq dedi ki, Türkiyə bəzi şərtlərə əməl etmədən bu mümkün deyil", - deyə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O deyib ki, biz çox təəssüflənirik ki, bizim belə zəngin münasibətlərimiz Türkiyə tərəfinin aqressiv fəaliyyəti nəticəsində məhv edildi.

 

Şərhlər