Azərbaycan ictimaiyyəti danışıqlar yox, müharibə tələb edir

Nəticəsiz Qarabağ danışıqları xalqın səbr kasasını çoxdan daşırıb.
Azərbaycan Ordusunun hərbi texnikası. Mənbə: Müdafiə Nazirliyi
Azərbaycan Ordusunun hərbi texnikası. Mənbə: Müdafiə Nazirliyi

İki gündən sonra Azərbaycan və Ermənistan prezidentləri yenidən danışaqlar masasına oturacaq. Bu aprel döyüşlərindən sonra sayca ikinci görüş olacaq ki, münaqişənin sülh yolu ilə həllinə hesablanıb.

Bu vaxta qədər keçirilən çoxsaylı görüşlər kimi Sankt-Peterburq danışıqlarının da sülh istiqamətində nəticəsiz şala biləcəyi istisna edilmir. Çünki aprel döyüşlərindən sonra Azərbaycan ordusunun mübarizə əzmindən qorxuya düşən Ermənistan Vyanada keçirilən görüşdə münaqişənin sülh yolu ilə həllinə razılaşmadı.

Şəhid, Əlil və Veteranlar Birliyinin sədri Yaşar Məhərrəmov ermənilərə inanmadığını bildirir: "Onlar sülh danışıqına razı olmayacaqlar. Mən Qarabağda döyüşmüşəm, onları tanıyıram, onlar illərdir bizi aldadırlar".

Münaqişənin sülh yolu ilə həllinə bu dəfə də nail ola bilməsək rəsmi Bakının atacığı növbəti addım nə olacaq? Millət vəkili Fərəc Quliyev deyir ki, danışıqlar müddətsiz olaraq uzana bilməz. Nəticə dinc yolla yoxdursa, hərb yolu ilə olmalıdır:

"Nəticə dinc yolla yoxdursa, hərb yolu ilə olmalıdır".

"Mən təklif eləmişdim və yenə təklif edirəm ki, 40 yaşından 55 yaşına qədər hamı səfərbər olunsun. Türk ordusunda bir akınçı dəstələri var idi - öndə gedən və öülümü gözə alan. Bizlər qabaqda gedək, döyüşümüzü edək, ordu da gəlib arxada dayansın itki vermədən torpaqlarımızı qıszamanda azad edək. Deyirlər, böyük dövlətlər müdaxilə edər. Bəs böyük dövlətlər bizlə birbaşa savaşsaydı nə olardı? Biz onda geri çəkilməliydik?"  

Digər parlamentari Elman Məmmədov hesab edir ki, münaqişənin həlli istiqamətində həmsədr dövlətlər iradə nümayiş etdirməlidirlər. Yəni 25 ildir işğalçı Ermənistana dəstək çıxmaqla Azərbaycanı sonu görünməyən danışıqlara məcbur etməkdənsə, Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından çıxarılması tələbini irəli sürməlidirlər: "Bu olmayan halda mən hesab edirəm ki, aprelin əvvəlində olan zərbələrin 5-6 qatı olacaq. Torpaqların azada olunması üçün Azərbaycan ordusu hərəkətə keçəcək, çünki biz buna məcburuq və bu məcburiyyəti bizə Ermənistanın işğalçı siyasəti yaşadır".   

Qarabağ Azadılq Təşkilatının sədri Akif Nağı  düşünür ki, Azərbaycan müharibəyə başlayarsa, mütləq qalib gələcək. Çünki İslam Əməkdaşlır Təşkilatına üzv olan müsəlman ölkələri Azərbaycanı dəstəkləyir: "Azərbaycan Ağdərəni, Hadrutu vurmuladır. Daha əhəmiyyəti yoxdur orda dinc əhali var, ya yox. Biz dəfələrlə demişik, çıxarsınlar dinc əhalini ordan."  

Acı bağırsaq kimi illərdir uzanan sülh danışıqları xalqın da səbr kasasını çoxdan daşırıb.

Azərbaycan və Ermənistan prezidentləri Vladimir Putinin təklifi ilə iyunun 20-də Sankt Peterburda görüşəcəklər. Rəsmi Bakının mövqeyi dəyişməz olaraq qalır. Azərbaycan torpaqlarında  ikinci erməni dövlətinin yaranmasına imkan verilməyəcək və  bir qarış torpağı da güzəştə getməyəcək.

Azərbaycan ictimaiyyəti müharibə tələb edir
 

Şərhlər