ABŞ-ın daha bir ştatı Xocalı qətliamını tanıdı

26 fevral “Xocalını Anma Günü” elan edilib.
Xocalı qətliamı - 1992-ci il
Xocalı qətliamı - 1992-ci il

ABŞ-ın daha bir ştatı Xocalı qətliamını tanıdı. Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan ANS PRESS-ə verilən məlumata görə, ABŞ-ın Montana ştatının qubernatoru Stiv Bullok (Steve Bullock) rəsmi bəyanat imzalayaraq Xocalı qətliamının ildönümü ilə bağlı Montana sakinlərinə çağırış edib. O, bəyanatda ştat sakinlərini 26 fevral tarixini “Xocalını Anma Günü” olaraq tanımağa və yad etməyə çağırıb. 

Azərbaycan Baş Konsulluğuna daxil olmuş sənəddə Xocalı qətliamı müharibə dəhşətlərindən biri kimi pislənilib. 

Montana ştatında Xocalı ilə bağlı qəbul edilmiş bəyanat
Montana ştatında Xocalı ilə bağlı qəbul edilmiş bəyanat

Bu bəyanat Montana ştatında Xocalı qətliamı ilə bağlı qəbul edilmiş ilk sənəddir.

“Biz montanalılar bu günü anmaq üçün ştatımızda yaşayan azərbaycanlı bacı və qardaşlarımıza qoşulur və bununla münaqişələr nəticəsində meydana gəlmiş zorakılıqları dəf etmək üçün səylərimizi davam etdiririk”, - deyə S.Bullok bildirir. 

Sənədin sonunda 26 fevral 2016-cı il tarixinin Montanada “Xocalını Anma Günü” olaraq elan edildiyi vurğulanıb. 

Qeyd edək ki, bu sənədlə ABŞ-da Xocalı qətliamını tanıyan ştatların sayı 20-yə çatıb.