Türkiyədə hərbi qiyam zamanı ölənlərin sayı artıb

XİN-in açıqlamasında 290 nəfər öldüyü bildirilir.
Dövlət çevrilişinə etiraz edən şəxs tankın qarşına uzanıb
Dövlət çevrilişinə etiraz edən şəxs tankın qarşına uzanıb

Türkiyədə dövlət çevrilişinə cəhd zamanı ölənlərin sayı artıb. ANS PRESS-in məlumatına görə, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin bəyanatında bildirlir.

XİN-in açıqlamasında 290 nəfərin öldüyü, 1400 nəfərin isə yaralandığı bildirilir.

Onlardan 190-ı mülki şəxs və təhlükəsizlik qüvvələrinin əməkdaşı, 100 nəfər qiyamçı hərbçilərdir.

Əvvəl verilən açıqlamalarda hərbi çevrilişə cəhd zamanı 265 nəfərin həlak olduğu, 1500-dən çox insanın yaralandığı bildirilirdi.  

İyulun 15-də hərbi  qiyamın davam etdiyi bir vaxtda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan xalqdan meydanlardan ayrılmamalarını da istəyib: "Rahatlamaq yoxdur. Bu həftə çox önəmlidir. Bu, 12 saatlıq bir əməliyyat deyil. Qərarlı bir şəkildə mübarizəmizə davam edəcəyik". 

Türkiyədə hərbi çevrilişə etiraz edən vətəndaşlar
Türkiyədə hərbi çevrilişə etiraz edən vətəndaşlar

Türkiyənin İstanbul və Ankara şəhərlərində qoşunlar və zirehli texnika küçələrə çıxarılıb. Hətta İstanbulda yerləşən Atatürk Hava Limanının ələ keçirilməsi cəhdi barədə xəbər də yayılmışdı. Amma sonda hərbi qiyam yatırılıb. 6 mindən çox hərbçi və vəkil həbs edilib.