Türkiyədə hərbi çevrilişə cəhd zamanı əlini qaldırıb təslim olanlar Türkiyə Silahlı Qüvvələrinin əsgəri deyil.
Türkiyənin Azərbaycandakı səfiri Alper Coşkun bu sözləri ANS TV-nin "Hesabat" verilişində Mir Şahinin suallarını cavablandıran zaman bildirib.
"Sadəcə, Türkiyə Silahlı Qüvvələrinin içində ağlını itirmiş insanlar təslim oldu. Doğrudur, o tablo uniformada olan insanların ortaya qoyduğu bir tablodur. Amma bu, Silahlı Qüvvələrin təslim olması demək deyil",- deyə Alper Coşkun vurğulayıb.
Türkiyə səfiri bu insanların əməllərinə görə Türkiyə Silahlı Qüvvələrinin gözdən salınmamalı olduğunu vurğulayıb: "Türkiyə Cümhuriyyəti bayaq sayılan təhlükələrlə üz-üzə olan dövlətdir. Bir də tarixi olaraq biz savaşçı bir xalqıq. Müstəqilliyimizə, namusumuza, torpağımıza sahib çıxmış bir millətik. Hər bir fədakarlığı etməklə bunu yerinə yetirənlər, təbii ki, Silahlı Qüvvlərimiz olub".