Putin Ərdoğana zəng etdi

İki prezident hərbi çevrilişə cəhddən danışıblar.
Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan
Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan

Rusiya prezidenti Vladimir Putin ilə Türkiyənin dövlət başçısı, həmkarı Rəcəb Tayyib Ərdoğana arasında telefon danışığı baş tutub. ANS PRESS-in məlumatına görə, bu barədə məlumat Kremldən verilib. Telefon danışığı Rusiyanın təşəbbüsü ilə olub. 

İki liderin əsas müzakirə mövzusu ilə iyunun 15-dən 16-na keçən gecə Türkiyədə baş verən hərbi çevrilişə cəhd olub. 

Vladimir Putin dövlətin konstitusion quruluşuna qarşı fəaliyyətin yolverilməzliyi ilə bağlı Rusiyanın prinsipial mövqeyini ifadə edib. O, həmçinin həlak olanlara görə türk həmkarına başsağlığı verib, stabillik və sabitliyin qısa zamanda bərpasını arzu edib.  

Rusiya lideri deyib ki, təyyarə qalmaqalından sonra iki ölkə arasında sanksiyalar aradan götürülüb və Türkiyədə rus turistlərin sayı artıb. O, Türkiyə tərəfinin hazırkı sadə olmayan şəraitdə belə turistlərin təhlükəsizliklərini maksimum dərəcədə təmin edəcəyinə ümid etdiyini bildirib. Ərdoğan isə öz növbəsində bununla bağlı bütün addımların atılacağını qeyd edib. 

Dövlət başçıları yaxın gələcəkdə görüşün keçirilməsi barədə perespektivləri də müzakirə ediblər.

Xatırladaq ki, V.Putin ilə R.T.Ərdoğan arasında son 7 ayda ilk telefon danışı ötən ay - iyunun 29-da olub. İki ölkə arasında münasibətlərin korlanmasına səbəb isə ötən ilin noyabr ayında Türkiyənin Suriya ilə sərhədə Rusiyaya məxsusu "Su-24" qırıcısını vurması olmuşdu. Bundan sonra Rusiya Türkiyəyə qarşı iqtisadi sanksiyalar tədbiq edib, bir tərəfli qaydada viza rejimini bərpa etmişdi. 

Rusiya və Türkiyənin münasibəti isə Ərdoğanın ötən vurulan təyyarənin rusiyalı pilotunun ölümü ilə bağlı yazdığı üzürxahlıq məktubundan sonra düzəlməyə başlayıb. 

 

Şərhlər