Hava limanında atışma, hərbçilər saxlanıldı

Əməliyyat Jandarm qüvvələri tərəfindən həyata keçirilib.
Saxlanılan hərbçilər
Saxlanılan hərbçilər

Türkiyədə Sabiha Gökçen Hava Limanında atışma baş verib. 

ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, dövlət çevrilişinə cəhddə şübhəli bilinən hərbçilər saxlanılıb.

Əməliyyat Jandarm qüvvələri tərəfindən həyata keçirilib. Nəticədə 11 nəfər həbs edilib.

Ümumilikdə isə çevrilişə cəhd etməkdə günahlandırılan 29 general, 2389 hərbçi və əsgər həbs edilib.

Qiyamçılardan 8 nəfər hərbi helikopterlə Yunanıstana qaçıb. Həmçinin 2745 nəfər hakim və prokurorun saxlanılıb.  Hadisələr nəticəsində 290 nəfər ölüb, 1400 nəfər isə yaralanıb.

Hərbi çevrilişə cəhd zamanı Türkiyənin İstanbul və Ankara şəhərlərində qoşunlar və zirehli texnika küçələrə çıxarılıb. 

Hətta İstanbulda yerləşən Atatürk Hava Limanının ələ keçirilməsi cəhdi barədə xəbər də yayılmışdı. Amma sonda hərbi qiyam yatırılıb. 6 mindən çox hərbiçi və vəkil həbs edilib.