Girov götürülən Baş Qərargah rəisinin boğazında ip izləri

Hulusi Akara girov götürülərkən zor tətbiq edildiyi ehtimal edilir.
Hulusi Akar - Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi
Hulusi Akar - Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi

Türkiyədə hərbi çevrilişə cəhd edənlər tərəfindən girov götürülən, lakin soradan azad edilən Baş Qərargah rəisi Hulusi Akar iki gün öncə başına gələnlərdən danışıb. H.Akar deyib ki, onu əmrində olan hərbçilərdən biri saxlayıb. Baş qərəgah rəisinin başına bu əsnada başına silah dayanıldığı, boğazının kəmərlə sıxıldığı da bəlli olub. 

NTV-nin məlumatına görə, hərbi çevrilişə cəhd edənlər ona çevriliş haqqında bəyanatı imzalatmaq istəyiblər. Hətta "bunu imzalasanız həyatınız təhlükədə olmaz" deyə xəbərdarlıq da edilib.

Yanındakı komandanlarla birlikdə Ankaradakı hərbi bazaya gətirilən H.Akar və digər rütbəlilər ayrı-ayrı otaqlarda saxlanılıblar. Hətta onara uzun müddət yemək və su verilməyib. Tualetlə bağlı belə problemlər yaşanıb. 

H.Akar ona silah çəkdiklərini, müqavimət göstərməyə çalışanda isə dava düşdüyünü deyib. Boynundakı göyərti izləri də də bu zaman olub. 

Saat 04:59

Türkiyədə dövlət çevrilişinə cəhd zamanı girov götürülən Silahlı Qüvvələrin Baş Qərargahının rəisi Hulusi Akar baş nazir Binəli Yıldırım ilə ictimaiyyət qarşısına çıxıb.

ANS PRESS-in məlumatına görə, Hulusi Akarın boğazında dərin ip izlərinin olması diqqətdən qaçmayıb.

Olduqca dərin görünən izlər Baş Qərargah rəisinə girov götürülərkən zor tətbiq edildiyi ehtimallarını artırır.

Türkiyə Böyük Millət Məclisində toplantı zamanı Hulusi Akarın formasını dəyişərək boğazı bağlı libas geyindiyi görünüb.

İyulun 15-də Türkiyədə hərbi çevrilişə cəhd olub. Hadisə nəticəsində ümumilikdə 265 nəfər həlak olub. Onlardan 161 nəfəri hərbi çevrilişə cəhdin qarşısı alınarkən həlak olub, ölənlərdən 104-ü isə qiyamçı hərbçidir, 1500-dən çox yaralı var.

Hərbi çevrilişə cəhdə görə saxlanılanların sayı 2839 nəfərə çatıb. Türkiyədə hakimiyyətə təslim olan hərbçilərin sayının isə 700 nəfər olduğu bildirilir.

 

Şərhlər