Ermənistanda girovlar arasında ölən var

Girovlar arasında polis general mayoru da var.
Hunan Poqosyan  - Ermənistan polisinin rəis müavini
Hunan Poqosyan - Ermənistan polisinin rəis müavini

17:22 / Ermənistanda polis polkovniki öldürüldü

Ermənistanda polis idarəsinə edilən hücum nəticəsində öldürülən polis əməkdaşı polkovnik Artur Vanoyandır.  

ANS PRESS-in məlumatına görə, bu barədə Ermənistan polisinin rəis müavini Hunan Poqosyan məlumat verib. Onun sözlərinə görə, polis polkovniki Aram Hovanesyan, podpolkovnik Hraç Xosteqyan və praporşik Qaqik Mkrtçyan isə güllə yarası alıblar. 

Erməni polisi
Erməni polisi

15:10 / Ermənistanda polis generalı da girov götürülüb

Ermənistanda polis idarəsinə edilən hücum nəticəsində girov götürülənlər arasından polis general mayoru Vartan Eqiazaryan da var. ANS PRESS-in məlumatına görə, bu barədə Ermənistan parlamentinin deputatı Nikol Paşiynyan məlumat verib. 

Hücumun bəzi təfərrüatları da bilinib. İddiaya görə, radikal müxalifətçi 30 nəfər yük maşınında alayın darvazasını qırıblar. Bundan sonra onlar binaya daxil ola biliblər. 

Onun sözlərinə görə, basqınçılar daha bir nəfəri azad ediblər. Buna səbəb isə girovun yüksək qan təzyiqindən əziyyət çəkməsi olub. 

13:25 / Əməliyyat oldu, polis öldürülüb

İrəvanda girovların azad edilməsi üçün əməliyyat keçirilib. ANS PRESS-in erməni mətbuatına istinadla verdiyi məlumata görə, əməliyyat zamanı girov olan iki nəfər azad edilib.

Milli Təhlükəsizlik xidmətinin məlumatına görə, bir polis öldürülüb, iki nəfər ayaralı var.

Binaya hücum edən silahlılardan biri içəridən video paylaşıb. 
Kadrlardan görünür ki, onların üzlərini belə gizlətmir, binanın daxilində sərbəst hərəkət edirlər. 

Ermənistanda ələ keçirilən polis idarəsi

12:48 / Girov polislərin sayı açıqlandı

Ermənistanda polis idarəsinə edilən silahlı basqın nəticəsində girov götürülən polisərin sayı açıqlanıb. ANS PRESS-in "RİA Novosti"yə istinadla verdiyi məlumata görə, 7 polis əli silahlı şəxslərin girovluğundadır. 

Silahlı şəxslərin sayı isə dəqiq bəlli deyil. 

Yerli mətbuatın yazdığına görə, idarənin yaxınlığındakı binada yaşayanlar evakuasiya edilirlər. 

Ərazidəki polislərin, eləcə də hərbi zirehli texnikanın sayı artırılıb. 

Polis hər hansı məlumat verməkdən boyun qaçırır və rəsmi açıqlamanı gözləməyi məsləhət görüb.

Ermənistan polisi
Ermənistan polisi

11:35 / Ermənistanda polis idarəsinə basqın

İrəvanın Erenburi rayonunda polis alayınının binasına olan silahlı basqın nəticəsində ölən olub. ANS PRESS-in məlumatına görə, bu barədə "Erkir Media" telekanalı məlumat yayıb. Silahlı insident nəticəsində bir neçə nəfər də yaralanıb. Ölən şəxsin kimliyi hələlik bilinmir. 

Yerli mətbuatın məlumatına görə, İrəvanın polis rəsinin müavini Valeri Osipyan da girovlar arasındadır. Binanın ərazisinə xüsusi təyinatlılar gətirilib. İrəvanın polis rəisi Vadimir Qasparyan da ərazidədir. 

Bundan başqa binanı zəbt edən müxalif qüvvələr silahlı qiyamın da başladığını elan ediblər. TASS-ın məlumatına görə, bu barədə hücumun təşkilatçılarının açıqlamasında qeyd edilir. 

Yaxınlıqda yaşayanların sözlərinə görə, səhər saat 4-5 radələrində güclü partlayış və silah səsləri eşidiblər. Ərazi zirehli hərbi maşınlarla əhatəyə alınıb. Binaların damlarında snayperlər yerləşdirilib. Təhlükəsizlik tədbirləri ilə bağlı olaraq ərazidə jurnalistlərin çalışmasına da icazə verilmir. 

Silahlı basqının təşkilatçıları Ermənistanda mövcud rejimi, vəziyyəti silahlı qiyamla dəyişmək niyyətində olduqlarını elan ediblər. "Biz artıq İrəvanda polisin əsas bazalarından birini ələ keçirmişik və Erebuni kvartalına nəzarət edirik".

Ermənistan milli təhlükəsizlik xidmətinin mətbuat xidmətinin məlumatında isə qeyd edilib ki, eyni anda sosial şəbəkələr vasitəsilə qiyamın olması barədə dezinformasiya yayılmasının da qarşısı alınıb. Silahlı şəxslərlə hazırda danışıqlar aparılır. "İstənilən qanunsuz fəaliyyətin qarşısı alınacaq, səbəbkarlar isə məsuliyyətə cəlb ediləcək". 

Hazırda polis adıçəkilən rayona aparan bütün yolları bağlayıb.

Silahlı insident baş verən ərazi
Silahlı insident baş verən ərazi

Ermənistanda silahlı qrup polis idarəsinə bu gün səhər saatlarında hücum edib. ANS PRESS-in "RİA Novosti"yə istinadla verdiyi məlumata görə, hadisə paytaxt İrəvanın yaxınlığında, Erebuni rayonunda baş verib. Bir qrup silahlı şəxs binaya daxil olaraq onu ələ keçirib. 

Onlar qanunsuz silah saxlamaqda ittiham edilərək həbs edilən “Şuşa” batalyonunun komandiri, keçmiş səhra komandiri, radikal müxalifətçi Jirayr Sefilyanın azad edilməsini tələb edirlər. 

 O, dövlət çevrilişinə cəhddə ittiham edilərək ötən ay həbs edilmişdi

Ermənistanda polis idarəsinə silahlı basqın

Comments