Qiyamçı hərbçilər Türkiyəyə geri qaytarıldı

Türkiyə Prezidenti Yunanıstanın Baş nazirinə telefonla zəng vurmuşdu.

Türkiyədə uğursuz hərbi çevriliş cəhdindən sonra Yunanıstana helikopterlə qaçan 8 qiyamçı həmin helikopterlə də geri gətirilib.

ANS PRESS-in məlumatına görə, ikisi mayor, biri kapitan, beşi isə əsgər olan qiyamçılar Yunanıstandan sığınacaq istəyiblər.

Yunanıstanın Baş naziri Aleksis Tsipras və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan
Yunanıstanın Baş naziri Aleksis Tsipras və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

 


04:49 / Ərdoğanın zəngindən sonra hərbçilər geri qaytarılır

Yunanıstan hökumətindən sığınacaq istəyən 8 qiyamçının Türkiyəyə təhvil verilməsi üçün nə lazımdırsa ediləcək.

ANS PRESS-in məlumatına görə, bunu Yunanıstanın Baş naziri Aleksis Tsipras Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə telefon danışığı zamanı bildirib.

Yunanıstanın Baş naziri Türkiyə hökumətinə dəstək nümayiş etdirib, demokratik cəmiyyətlərdə hərbi çevrilişə yer olmadığını vurğulayıb.

Yunanıstan ilə sərhəd xəttində yerləşən Dədəağac şəhərindəki aerodromda eniş edən, içərisində 8 qiyamçının olduğu hərbi helikopterin Türkiyəyə qaytarılması üçün Yunanıstana xüsusi komanda göndərilib.

Yunanıstana qaçan hərbçilər
Yunanıstana qaçan hərbçilər

İyulun 15-də Türkiyədə hərbi çevrilişə cəhd olub. Hadisə nəticəsində ümumilikdə 265 nəfər həlak olub. Onlardan 161 nəfəri hərbi çevrilişə cəhdin qarşısı alınarkən həlak olub, ölənlərdən 104-ü isə qiyamçı hərbçidir, 1500-dən çox yaralı var.

Hərbi çevrilişə cəhdə görə saxlanılanların sayı 2839 nəfərə çatıb. Türkiyədə hakimiyyətə təslim olan hərbçilərin sayının isə 700 nəfər olduğu bildirilir.

 

Şərhlər