Ərdoğan "çevriliş" qurbanının cənazə namazında

85 min məsciddə şəhidlərin ruhuna dualar oxunub.
Hərbi çevriliş cəhdinin qurbanının cənazə namazı
Hərbi çevriliş cəhdinin qurbanının cənazə namazı

Türkiyədə baş verən insident nəticəsində həlak olanların son mənzilə yola salınmasına başlanılıb. Ölkədəki 85 min məsciddə şəhidlərin ruhuna ualar oxunub.

Şəhidlərin Türkiyə bayrağı ilə örtülmüş cənazələri onların doğulduqları vilayət və şəhərlərə aparılaraq torpağa tapşırılır. Cənazələrin son mənzilə yola salınması mərasimi vətəndaşların böyük izdihamları ilə müşayiət olunur.

Mərasimdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, ölkənin 11-ci prezidenti Abdullah Gül, Türkiyə Böyük Milli Məclisinin sədri İsmail Kahraman, sabiq baş nazir Əhməd Davudoğlu və başqa dövlət rəsmiləri də iştirak edirlər. Onlar prezidentin baş müşavirinin Mustafa Varankın qardaşı professor İlhan Varankın cənazə namazına qatılıblar. 

Prezident mərasimdəki çıxışında deyib ki, bu işi ölkənin birliyi, millətin bütövlüyünə, qardaşlığına qarşı olan qüvvələr törədib. "Onların daha üst mərtəbələrdən aldıqları təlimatla dövləti ələ keçirmək cəhdləri təssüf ki, silahlı hadisəyə çevrilib.

Bu zaman isə millətimiz bir çağırışla ölkənin dörd bir yanından meydanlara töküldü və "onların tankı, topu varsa, bizim də imanımız var" deyərək silahlıların qarşısında dayandı". 

"Biz yazılı olaraq ABŞ-a müraciət edib Fətullah Güləni tələb edəcəyik. Bu hücumçular, çevriliş etmək istəyənlər Fəthullahçı Terrot Təşkilatının üzvləridirlər". 

Prezident xalqdan meydanlardan ayrılmamalarını da istəyib. "Rahatlamaq yoxdur. Bu həftə çox önəmlidir. Bu, 12 saatlıq bir əməliyyat deyil. Qərarlı bir şəkildə mübarizəmizə davam edəcəyik". 

 

Şərhlər