Türkiyədə hərbi çevriliş edənlər Erol Olçakı və onun 16 yaşlı oğlunu gülləliyiblər. ANS PRESS-in məlumatına görə, Rəcəb Tayyib Ərdoğanın tərəfində olan ata balanı Boğaziçi Körpüsündə öldürüblər.
Bu gecə Türkiyədə hərbi çevrilişə cəlb olunub. Ölkədə komendant saatı elan olunub. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə saatdan sonra xalqa müraciət edəcək. Ərdoğan təyyarə ilə Atatürk Hava Limanına gəlib.
Köprüde açılan ateş sonucu AKP'nin ünlü reklamcısı Erol Olçak ve oğlu yaşamını yitirdi: AAhttps://t.co/kTxYtUTqik pic.twitter.com/EKPj1zWjtu
— BirGün Gazetesi (@BirGun_Gazetesi) 15 июля 2016 г.
Türkiyədə hərbi çevriliş zamanı 17 polis əməkdaşı şəhid olub. ANS PRESS-in Anadolu Agentliyinə istinadən verdiyi məlumata görə, Ankarada havadan Gölbaşı Özəl Hərəkət Dairə Başqanlığına endirilən zərbə nəticəsində 17 polis həlak olub.
Eyni zamanda iddia olunur ki, Ərdoğan tərəfdarları dövlətə qarşı çıxanların hərbi təyyarəsini vurublar.
Türkiyə KİV-in məlumatına görə, dövlət çevrilişinə cəhd edən 1 general 3 zabit və 25 əsgər həbs olunub.
VIDEO: Footage of helicopter firing against ground targets in #Ankara #Turkey. - @aletweetsnews pic.twitter.com/myUbtQXnRP
— Conflict News (@Conflicts) 15 июля 2016 г.