Tehrandan Ankaradakı hərbi çevrilişə cəhdlə bağlı ilk qadağa

İrandan Türkiyəyə təyyarə reysləri qadağan edilib.
Türkiyə vətəndaşları çevrilişə cəhdə etiraz edir
Türkiyə vətəndaşları çevrilişə cəhdə etiraz edir

İran Türkiyədə dövlət çevrilişinə cəhdə görə, ölkəyə təyyarə reyslərini dayandırıb.

ANS PRESS-in məlumatına görə, bu barədə İran mətbuatı məlumat yayıb. 

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov vətəndaşları Türkiyəyə getməməyi tövsiyə etmişdi. Həmçinin Böyük Britaniya da vətəndaşlarını küçələrə çıxmamağa və insanların çox olduğu ərazilərə getməməyə çağırmışdı.