"Siz türk əsgəri deyilsinizmi?"

Vali əlində silahla xalqa çağırış etdi.
Hüseyn Avni Coş
Hüseyn Avni Coş

Sakarya valisi Hüseyn Avni Coş saxlanılan qiyamçı hərbçilərə çox sərt bir şəkildə reaksiya göstərib. ANS PRESS-in məlumatına görə, bu görüntülər sosial şəbəkədə yayılıb.

Hüseyn Avni Coş xəyanət edənlərə "Siz türk əsgəri deyilsinizmi?", - deyə səslənib. Vali çevrilişdə ittiham olunanlara "Millətə atəş açmanın cəzasını görəcəksiniz. Dinc xalqa necə atəş etdiniz. Siz türk hərbçiləri deyilsinizmi?" - deyə təpki verib. Hüseyn Avni Coş hadisələr baş verən zaman əlində silahla xalqa çağırış etmişdi.

Türkiyədə axşam saatlarından başlayaraq ordunun hakimiyyəti ələ keçirdiyi barədə məlumatlar yayılıb. Amma Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sadəcə dövlət çevrilişinə cəhd olduğunu qeyd edib. Ərdoğan hazırda ölkənin rəhbəri olduğunu bildirib.

Türkiyə rəsmiləri dövlət çevrilişinə cəhdin qarşısının alındığını deyirlər. Rəsmi olaraq 1563 nəfər həbs edilib. Türkiyədə ümumilikdə 265 nəfər həyatını itirib (161 şəhid, 104 qiyamçı), 1154 nəfər isə yaralanıb.