Rəcəb Tayyib Ərdoğan canlı yayıma çıxıb

Türkiyənin prezidenti canlı yayıma çıxıb.
Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan
Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan

21:45 / Ərdoğan evinin qabağında çıxış edir

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan canlı yayıma çıxıb.

ANS PRESS-in məlumatına görə, İstanbulda evinin qabağında çıxış edən Türkiyə prezidenti ölkədə uğursuz dövlət çevrilişindən sonra ABŞ-a səslənib. O, Amerikadan Fətullah Güləni Türkiyəyə təslim etməsini istəyib.

“Amerikaya sələnirəm. Cənab prezidentə səslənirəm. Bu çevrilişdən sonra Pensilvanyadakı o şəxsi Türkiyəyə təslim edin”.

O,  Fətullah Güləni nəzərdə tutub. 

O, deyib ki, vaxtında Gülənin xəyənatkar olduğunu deyib, lakin sözünə qulaq verən tapılmayıb. "İndi baxın. Əgər biz starteji tərəfdaşıqsa o zaman bizim tələbimizi xahiş edirik yerinə yetirin. 

Biz paralele dövlət quruluşundan çox əziyyət çəkdik. Siz hansı terrorçunu istədinizsə biz onu təslim etdik". 

Ərdoğan onun çağırışından sonra meydanlara çıxanlara da müraciət edib. Onların sayəsində çevriliş cəhdinin alt-üst olduğunu deyib. "Təəssüf ki, şəhidlərimiz oldu. Yaralılarımıza da şəfa diləyirəm. Onlar mənim yol yoldaşlarım olub".