Obama İŞİD-i məhv edəcəyinə söz verdi

"Afrikadan tutmuş Əfqanıstana kimi biz alçaq terrorçu qruplaşmanı məhv edəcəyik".
Barak Obama - ABŞ-ın prezidenti
Barak Obama - ABŞ-ın prezidenti

ABŞ prezidenti Barak Obama söz verdi ki, İŞİD-ı məhv edəcək. ANS PRESS-in məlumatına görə,  prezident bəyan etdi ki, ABŞ müttəfiqləri ilə alçaq  terrorçu qrupunu darmadağın edəcək.

“Biz həmkarlarımız ilə çalışacağıq vətandaşların təhlükəsizliyini təmin edək. Afrikadan tutmuş Əfqanıstana kimi biz alçaq terrorçu qruplaşmanı məhv edəcəyik. Biz İŞİD başçılarını öldürməklə davam edəcəyik”. 

Ötən gün Nitsa şəhərində Bastiliyanın alınması bayramı şərəfinə keçirilən tədbirdə insanların ölümü ilə nəticələnən hadisə baş verib. İnsident yerli vaxtla saat 22:30-da (Bakı vaxtı ilə 01:30-da) şəhərin dənizkənarı bulvarında yaşanıb. Yük maşını insanların üstünə gələrək çırpıldıqdan sonra, atəş səsləri eşidilib. Ölənlərin sayı 84 nəfərə çatıb.