Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğanın və sabiq prezidenti Abdullah Gülün müəllimi, professor Nevzat Yalçıntaş dünyasını dəyişib. ANS PRESS-in məlumatına görə, professorun ölüm xəbərini baş nazirin müavini Numan Kurtulmuş verib.
"Hörmətli Nevzat Yalçıntaş vəfat etdi. Allah rəhmət eləsin məkanı cənnət olsun. Ailəsinə və bütün yaxınlarına səbr diləyirəm".
Yalçıntaş iki prezidentə də İstanbul İqtisadi Universitetində dərs deyib. Abdullah Gül Türkiyə Respublikasının 11-ci prezidenti olub.
Muhterem Nevzat Yalçıntaş Hocamız vefat etti.
— Numan KURTULMUŞ (@NumanKurtulmus) 15 июля 2016 г.
Allah rahmet eylesin, mekanını cennet eylesin.
Ailesi ve tüm yakınlarına sabır diliyorum.