Hürriyət qəzetinin işçiləri girov götürüldü

Əsgərlər holdinqin işçilərinə zor tətbiq edərək çölə çıxarıb.
İstanbul
İstanbul

əir qrup əsgər Hürriyet holdinqin binasına hücum ediblər. ANS PRESS-in məlumatına görə, əsgərlər holdinqin işçilərinə zor tətbiq edərək çölə çıxarıb.
 
Binaya daxil olan zaman tağımın rəhbəri əsgərlərə “Atəş açmaqdan çəkinməyin” əmrini verib. Əsgərlər bütün otaqları dolaşaraq işçiləri bayıra çıxarıb. Binanın ətrafında mülkü vətandaşlar toplaşıb.

CNN Türk kanalının binasına hərbçilər daxil olub. ANS PRESS-in məlumatına görə, kanalın yayımı təzyiq altında dayandırılıb.

Hərbçilər, həmçinin Kanal D telekanalının binasını ələ keçirib.

Bundan əvvəl TRT kanalının binası da hərbçilər tərəfindən ələ keçirilmişdi. Lakin əraziyə gələn vətəndaşlar TRT binasını hərbçilərdən azad edib.

 

Şərhlər