Körpüdəki hərbçilər
İstanbul şəhərindəki Boğaziçi körpüsü azad edilib. Çevrilişçilər könüllü təslim olublar. ANS PRESS-in məlumatına görə, 50-dən çox şəxs yaxalanıb.
Körpünü ələ keçirən əsgərlər tankdan atəş açaraq 3 kişini yaralayıb. Polislə üzbəüz atışma edən çevrilişçilər silahlarını yerə qoyaraq təslim olublar.
Körpünün azad edilməsinə baxmayaraq hələlik ondan gediş-gəliş bərpa olunmayıb.
Təslim olan çevrilişçilər