"Əsgərlər zorla mənə xəbəri oxutdurdular"

"Saatlarla girov olduq. Qollarımızı arxadan bağlamışdılar."
TRT-nin xəbər aparıcısı
TRT-nin xəbər aparıcısı

TRT kanalında bir neçə saat əvvəl Türkiyədə dövlət çevrilişi ilə bağlı bəyanatı oxuyan diktor danışıb. ANS PRESS-in məlumatına görə, aparıcı həyatının ən çətin yayımı olduğunu deyib. Onun sözlərinə görə, xəbəri silahlı əsgərlərin təzyiqi altında oxuyub.

"3-4 saat əvvəl dəhşət yaşadıq. Karyeramda ən çətin yayımıma çıxmışdım. Saatlarla girov olduq. Qollarımızı arxadan bağlamışdılar. Təhqir edirdilər bizi. Yayımda o mətni oxumaq üçün silahlı əsgərlər məni məcbur etdi. O şərtlər altında bizə oxutdular.  Çox şükür xəsərət alan olmadı. O anları bir də xatırlamaq istəmirəm", - deyə aparıcı bildirib.

Bir neçə saat əvvəl TRT kanalının xəbər aparıcısı canlı yayımda Türkiyə dövlət çevirilişi olduğunu demişdi.

TRT aparıcısının Türkiyədə dövlət çevriliş xəbəri