Ərdoğanın evi önündə atışma: ölən və yaralılar var

Polis və çevrilişçi qüvvələr bir-birilərinə silahlı müqavimət göstərir.

Türkiyədə ötən gecədən başlanan, uğursuzluqla nəticələnən çevrilişçi həmləsindən sonra qurbanların sayı durmadan artır. ANS-in Türkiyə bürosundan verilən məlumata görə, prezident Rəcəb Tayyib Ərdoğanın evi önündə atışma olub. Nəticədə 1 polis məmuru ölüb.

Müxbir Pərviz Sultansoyun məlumatına görə, Ankarada partlayış baş verib. Hələlik ölən və yaralılardan məlumat verilməyib. Polis sakinlərin evlərinə qayıtmasını tələb edib.

Türkiyədə yaralıların sayı 100-ü ötüb

Məlumata görə, xəstəxanalara yerləşdirilən yaralıların sayı 100-2 keçib. 600 nəfər çevrilişçi hərbçinin həbs edildiyi bildirilib. Bir çoxlarının könüllü şəkildə polisə təslim olduğu da xatırlanıb.

 

Şərhlər