Ərdoğana yaxın adamın qardaşı üsyançılar tərəfindən öldürülüb

Bu barədə Ankara şəhərindən olan millət vəkili Yalçın Akdoğan "Twitter" səhifəsində yazıb.
Üsyançıların əlindən alınan tank
Üsyançıların əlindən alınan tank

Rəcəb Tayyib Ərdoğanın məsləhətçisi Mustafa Varankın  qardaşı dövlət çevrilişinə cəhd edən hərbçilər tərəfindən öldürülüb.

ANS PRESS-in məlumatına görə, bu barədə Ədalət və İnkişaf Partiyasının Ankara şəhərindən olan millət vəkili Yalçın Akdoğan öz "Twitter" səhifəsində yazıb.

“Sevimli dostum Mustafa Varankın qardaşı üsyançı hərbçilər tərəfindən öldürülüb”. 

Türkiyədə axşam saatlarından başlayaraq ordunun hakimiyyəti ələ keçirdiyi barədə məlumatlar yayılıb. Amma Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sadəcə dövlət çevrilişinə cəhd olduğunu qeyd edib. 

Türkiyə rəsmiləri dövlət çevrilişinə cəhdin qarşısının alındığını deyirlər. Rəsmi olaraq 1563 nəfər həbs edilib. 

Türkiyədə ümumilikdə 194 nəfər həyatını itirib (90 şəhid, 104 qiyamçı), 1154 nəfər isə yaralanıb.