Kənd təsərrüfatı yarmarkaları bərpa oluna bilər

Heydər Əsədov yarmarkalarla bağlı açıqlama verdi
Kənd təsərrüfatı naziri Heydər Əsədov Bakıda yarmarkaların fəaliyyətindəki fasiləyə aydınlıq gətirib.

ANS PRESS-in məlumatına görə, nazir bu barədə Kənd təsərrüfatı və kənd yerlərinin inkişafına büdcə dəstəyi proqramının başa çatması ilə bağlı keçirilən tədbirdə bildirib.

Heydər Əsədovun sözlərinə görə, yarmarkaların fəaliyyətinin dayandırılmasının əsas səbəbi bir sıra rayonlarda, əsasən Xətai rayonunda əhali tərəfindən Bakı Şəhəri İcra hakimiyyətinə yarmarkaların onların normal yaşayış şəraitinə mane olması barədə müraciətlərin daxil olmasıdır. Bu sahələrdə monitorinq aparıb və ünvan dəyişikliyi edərək başqa yerə köçürmək nezərdə tutulub. Bununla bağlı isə hələlik son qərar yoxdur. Amma gələcəkdə bərpa oluna bilər.

Qeyd edək ki, kənd təsərrüfatı yarmarkaları 2006 ildən etibarən Bakı şəhərində Xətai, Nəsimi, Yasamal, Nərimanov, Səbayıl, Suraxanı və Binəqədi rayonlarında keçirilib.


Heydər Əsədov önəmli açıqlama verir