İŞİD lideri amerikalı jurnalisti zorlayıb

Abu Bakir al-Bağdadi Kayla Muellerenə digər əsir qadınlarla birlikdə təcavüz edib.
İŞİD lideri Abu Bakr al-Bağdadi amerikalı girov Kayla Mueller və əsir qadınları təcavüz etməkdə ittiham edilir.

ANS PRESS –in məlumatına görə, Bağdadi bu əməlini Suriyadakı evində həyata keçirib.

Amerikalı girovun zorlanması barədə ötən ilin avqustunda İraqın Sincar regionunda əsir götürülmüş qız danışıb.

Yezidi qızın sözlərinə görə, 2014-cü ilin oktybarında Suriyanın əl-Şədadiyə şəhərindən qaçanadək bir müddət Muellerlə bir evdə saxlanıb. Al-Bağdadi həmin evə gələndə Kayla Muellernı onun otağına aparırdılar və o, qayıdandan sonra başına gələnləri ağlaya-ağlaya nəql edirmiş.


Kayla Mueller


Bir müddət İraqın Mosul şəhərində saxlandıqdan sonra Muellera və daha 4 qadın əl-Şədadiyə şəhərinə aparılıblar. Kayla Mueller İraqda humanitar yardım işçisi kimi işləyib. O Suriyanın Hələb şəhərində 2013-cü ildə İŞİD tərəfından qaçırılıb.

İŞİD Muellerin İordaniyanın hava hücümları zamanı öldüyünün açıqlasa da, ABŞ qadının ölümündə İŞİD- i günahlandırır.

ABŞ hava hücumlarının Bağdadini və İŞİD-i hədəfə aldığı bildirilib və İŞİD üzvülərindən biri Muellerin hicaba bürünmüş cəsədinin şəklini emaillə onun ailəsinə göndərib.

Abu Bakr al-Bağdadi İraq müharibəsi zamanı orada Əl Kaidə terror təşkilatına bağlı təşkilat yaradır. Suriyada baş verən vətəndaş müharibəsi başladıqdan sonra bu ölkəyə gəlib və 2013 cü ildə Əl-Nusrə terror təşkilatını və özünün yaratdığı İŞİD –i birləşdirib. 2014 cü ildə isə özünü xəlifə elan etdi. İndi o dünyanın ən güçlü terror təşkilatının lideridir.

2011ci ildə ABŞ Dövlət Departamenti Abu Bakr al-Bağdadini beynəlxalq terrorçu elan edib. Dövlət Departamenti onu tutan və ya öldürənə 10 milyon dollar veriləcəyini deyir.