Azərbaycan Ordusu şəhid verdi

Baş leytenant Məmmədov Toğrul Səyyad oğlu snayper gülləsinə tuş gəlib.
Toğrul Məmmədov - Şəhid olan baş leytenant
Toğrul Məmmədov - Şəhid olan baş leytenant

Azərbaycan Ordusu daha bir şəhid verdi. Ermənistan hərbi-siyasi rejiminin rəhbərliyi son üçtərəfli danışıqlarda əldə edilən razılaşmaya baxmayaraq erməni tərəf atəşkəs rejimini pozaraq cəbhə xəttində vəziyyətin gərginləşdirilməsi məqsədilə növbəti təxribatı həyata keçirib. 

İyulun 14-də axşam saatlarında cəbhə xəttinin Ağdam istiqamətində düşmən tərəfindən açılan snayper atəşi nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu, baş leytenant Məmmədov Toğrul Səyyad oğlu şəhid olub. 

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbir diləyir!

Nazirlik bildirir ki, təxribatların nəticələrinə görə tam məsuliyyət Ermənistanın hərbi-siyasi rejiminin üzərinə düşür.

Allah rəhmət eləsin!

İyulun 5-də saat 12:30-da düşmən tərəfinin snayper atəşi nəticəsində hərbi qulluqçumuz əsgər Əliyev Vüsal Əmir oğlu şəhid olub. Müdafiə Nazirliyi bildirib ki, düşmən təxribatlarının nəticələrinə görə bütün məsuliyyət Ermənistanın kriminal hərbi-siyasi rejiminin üzərinə düşür.

 

Şərhlər